Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:34

Mən səni sevirəm... Bu da çek


Sevgililər (Arxiv fotosu)
Sevgililər (Arxiv fotosu)

-

Təsəvvür edin xidmətinizə təyin olunan limuzin sizi olduğunuz yerdən alıb təyin edilən məkana gətirir. Qız Qalasının üstündə şampan şərabı və kürü ilə sizin gecəniz başlayır. Daha sonra Kaspia restoranında şam edirsiniz və Four seasons otelində xüsisi bəzədilmiş «prezidentski» otaq sizin xidmətinizdədir. 2 gün boyunca burada qonaqlanırsınız. Bu müddətdə 24 karatlıq qızılla masaj, süd vannası, sonda isə üstündə adınız və tarix yazılan Cartier saatını hədiyyə alırsınız. Amma əvvəlcə 100 min manatınızdan keçməlisiniz.

Beş ulduzlu Four Seasons oteli 14 fevral «Sevgililər günü» üçün xidmət paketi təklif edir. Bu barədə otelin rəsmi saytında elan yerləşdirilimişdi. Elanda göstərilir ki, paketə yuxarıda sadaladıqlarımız daxildir və yalnız bir cütlük bundan yararlana bilər.

OTAQ YOXDUR, PAKET YOXDUR...

Otelin PR meneceri Aynur Məmmədova paketi izah edir. Deyir ki, bu xidmət paketi əsasən PR üçün nəzərdə tutulub:

Aynur Məmmədova
Aynur Məmmədova

«Bilirsiniz ki, insanlar Eyfel qülləsində və ya digər tanınan məkanlarda öz sevgisini etiraf edir və ya evlənmə təklif edir. Bu çox gözəl layihələrdən biridir. Bizim bu kampaniyamız da PR kampaniyasıdır. Əsasən xaricə yönəlib».

Otelin saytından da elan yığışdırılıb. Aynur Məmmədova deyir ki, bəzi media qurumları, vətəndaşlar bu xidməti düzgün anlamayıblar. Onun sözlərinə görə, hazırda bu paket mövcud deyil. Çünki bu xidmət üçün nəzərdə tutulan otaqlar doludur.

«Biz məlumatda da qeyd edtmişdik ki, nəzərdə tutulan otaqlar boş olarsa 14 fevral üçün biz bu paketi sata biləcəyik. İndi həmin gün üçün otaqlar doludur. Bilirsiniz ki, otellərdə bir neçə gün və ya saat qalmış şifarişi ləğv etmək xidməti var. Elan da ona görə yenidən yerləşdiriləcək ki, kimsə sifarişindən imtina edə, otaq da boşala bilər».

20 XƏSTƏNİN MÜALİCƏSİ

İqtisadçı ekspert Qadir İbrahimli bildirib ki, paket üçün deyilən məbləğ minimum istehlak səbəti ilə müqaisədə bir nəfərin 95 illik xərcinə bərabərdir. Rəqəmləri fantastik adlandıran ekspert bildirib ki, otellər qiymət təyin edərkən bu qiymətə adekvat alıcıların olmasını müəyyən edir. Azərbaycanda bir gecəyə 100 min manat xərcləyən təbəqə olsa da, çox azdır:

Qadir İbrahimli
Qadir İbrahimli

«Aylıq 1000 manat qazanan adam bu pulu 10 ilə qazana bilər, o da əgər qazandığından xərcləməzsə. Və ya aylıq gəliri 3000 manat olan şəxs bu məbləğə 3 ilə çata bilər. 3 ilə qazandığı pulu isə bir gecəyə xərcləməz. Bir gecəyə o qədər pulu xərcləyə bilən zümrə 1 faizdən də azdır. Ölkədə zəhmətsiz, korrupsiya illə fəlir əldə böyük gəlir əldə edən zümrə var. Yalnız rüşvətlə, zəhmətsiz gələn pullar belə mənasız işlərə xərclənə bilər».

Ekspert 100 minə daha faydalı işlər görülə biləcətyini də diqqətə çatdırır:

Adam var müalicə üçün 5- 10 min tapa bilmir. 100 minə bəlkə də 20 xəstəni sağaldmaq olar...

«Müalicəyə ehtiyac olan insanlar var. Sosial şəbəkələrdə onlar üçün kampaniyalar keçirilir. Adam var müalicə üçün 5- 10 min tapa bilmir. 100 minə bəlkə də 20 xəstəni sağaldmaq olar. Və ya Qarabağ əlillərinə yardım etmək olar».

Four Seasons otelində iki lüks prezident otağı, 27 lüks otaq var.

AzadlıqRadiosunun araşdırmasından: Four Seasons oteli Pasha Hotels and Resorts-un idarəçiliyndədir. Pasha Hotels and Resorts Paşa Holdinqə məxsusudur. Azadlıq Radiosunun raşdırmasına görə, bu holdinqsə, prezident qızlarının sərəncamındadır.

Otelin tikintisi zamanı Tikintinin pozulması təhlükəsi qarşısında qədim tarixi tunnel beton altında basdırılıb. İçəri şəhər qala divarının bir hissəsi də daxil olmaqla onlarla tarixi abidə dağıdılıb.

XS
SM
MD
LG