Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:56

«Vəhhabilər, şiə azlığı, elita bir-birindən qorxur»


Kral Abdullah-ın dəfn mərasimi - 23 yanvar 2015
Kral Abdullah-ın dəfn mərasimi - 23 yanvar 2015

-

«Foreign Affairs»də dərc olunmuş yazıda deyilir ki, hakimiyyətə gəldiyi onca gün ərzində Səudiyyə Ərəbistanı kralı Salman tez-tələsik hakimiyyətini gücləndirib. O, kral ailəsinin üçüncü nəsil şahzadələrindən ikisini önə çəkib. 55 yaşlı şahzadə Mohammad bin Nayef-i vəliəhd şahzadənin müavini və daxili işlər naziri, 34 yaşlı şahzadə Mohammad bin Salman-ı, yəni özünün kiçik oğlunu isə müdafiə naziri və kral məhkəməsinin rəhbəri təyin edib.

DİGƏR ŞAHZADƏLƏR KƏNARLAŞDIRILIB

Bu ailədə siyasi hakimiyyət on illərdir ayrı-ayrı üzvlər arasında bölüşdürülüb və hakimiyyətin mərkəzləşdirilməsi artıq çoxlarını açmayıb. Eləcə də yeni kralın dövründə Səudiyyə-Amerika münasibətlərinin necə olacağı qeyri-müəyyəndir. Bu münasibətlərdə bir neçə dəfə – 11 Sentyabr terroru, İraq müharibəsi, «Ərəb baharı» zamanı müvəqqəti böhranlar yaşanıb.

Kralın oğlunun təyinatı daha çox təəccüblə qarşılanıb. O, tanınmış Al-Saud ailəsinin digər üzvləri kimi, xaricdə təhsil almayıb, heç vaxt hökumətdə də ciddi vəzifə tutmayıb. İndi isə birdən-birə 3 böyük vəzifə alıb.

Üstəlik, yeni təyinatlar digər şahzadələrin çoxunun tutduqları postlardan uzaqlaşdırılması ilə nəticələnib.

REJİMLƏR DAXİLDƏN DƏ PARÇALANA BİLƏR

Müəllif yazır ki, hakimiyyət Abdullah-dan Salman-a rahat keçdi. Gələcəkdə Səudiyyədə sabitliyin pozulacağını gözləməyə heç bir əsas yoxdur. Rejimə siyasi dəyişiklik üçün təzyiq göstərə biləcək sektorlar – vəhhabilər, şiə azlığı, daha liberal və texnokrat elita rejimdən çox bir-birindən qorxur. Yəni, yaxın vaxtlarda aşağıdan ciddi siyasi püskürmə gözləntisi yoxdur.

Ancaq rejimlər daxildən də parçalana bilər. Salman-ın hakimiyyəti ailənin bir neçə üzvünün əlində cəmləşdirməsi üçüncü nəslin bir çox üzvləri arasında çaxnaşma yarada bilər. Onilliklər ərzində ilk dəfə hakim ailədə real siyasi savaş başlaya bilər.

«Bu, yeni kralın siyasi bacarığı, onun vəliəhd şahzadəsinin müavini və xüsusilə də böyük səlahiyyətlər verdiyi kiçik oğlu üçün bir sınağa çevrilər», - müəllif qeyd edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG