Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:18

Pakistanda məzhəb qətlinə görə 2 nəfər asılıb


Edam olunmuş yaraqlıların meyiti təcili yardım maşınına yerləşdirilir
Edam olunmuş yaraqlıların meyiti təcili yardım maşınına yerləşdirilir

-

Pakistanın Karaçi şəhərində şiə həkimin qətlində günahlandırılın iki yaraqlı asılıb. Ötən dekabrda hökumət ölüm cəzasına moratoriumu qaldırıb.

Qasım ləqəbli Attaullah və Mohammad Azam 2001-ci ildə Karaçi bazarında həkim Ali Raza-nı qətlə yetirmişdi. Onlar fevralın 3-də səhər edam olunublar.

Hər iki yaraqlı qadağan olunmuş Lashkar-e-Jhangvi sünni qrupunun üzvü olub. Bu qrup şiələrə hücumlar təşkil edir.

Fevralın 3-də Karaçidə məktəblər yaxınlığında iki kiçik bomba partladılıb. Hadisə yerinə bir kağız qoyulub. Xəbərdarlıq olunub ki, edamlar davam etsə, zorakılıq da artacaq.

Pakistan hökuməti Peşəvərdə məktəbə dekabrın 16-da hücumdan sonra ölüm cəzasına qadağanı götürüb. Həmin hücumda 150 nəfər qətlə yetirilib, onlardan 134-ü uşaq olub.

XS
SM
MD
LG