Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 17:12

Aydar batalyonu etiraz edir


Fevralın 2-də nazirlikdə danışıqlardan sonra
Fevralın 2-də nazirlikdə danışıqlardan sonra

-

Kiyevdə Aydar könüllü batalyonu özünün buraxılması qərarına etiraz aksiyası keçirib.

Kamuflyaj uniforması geyinmiş 300 nəfər fevralın 2-də Ukrayna Müdafiə Nazirliyi qarşısına toplaşıb. Aksiyadan əvvəl onlar ölkənin şərqində həlak olmuş silahdaşlarının dəfn mərasiminə qatılıblar.

Hərbçilər nəqliyyatın yolunu kəsib, bəziləri nazirliyin girişində təkər yandırıb.

Nazirliyin mətbuat xidməti könüllü birləşmənin buraxılacağı barədə məlumatları təkzib edib. Qurum bildirib ki, Aydar batalyonunda "təşkilati dəyişikliklər"in heyətə hər hansı təsiri olmayacaq.

Etirazçılar ərazini axşama yaxın tərk ediblər, nəqliyyatın hərəkəti bərpa olunub.

Ukrayna hökuməti "könüllü" batalyonları nəzarətə almağa çalışır. Beynəlxalq insan haqları qrupları onlardan bəzilərini münaqişə zonasında cinayət törətməkdə ittiham edib. Həmin cinayətlər içində işgəncə və edam da var.

XS
SM
MD
LG