ABŞ-da neft emalı fəhlələrinin tətil qərarı dünya bazarlarında neftin bahalaşmasına səbəb olub.
Brent markalı neftin 1 barreli təxminən 2 dollar bahalaşaraq 54.95 dollara çatıb.
İlk öncə güman edilirdi ki, tətil xəbəri əksinə qiymətin enməsinə səbəb olacaq.
ABŞ-da 200 neft emalı zavodu, terminal, boru xətti və kimyəvi zavodlarda çalışan fəhlələri birləşdirən həmkarlar ittifaqı (United Steelworkers) şirkət rəhbərləri ilə iş şəraiti ilə bağlı razılığa gələ bilməyib və bazar günü 9 müəssisədə iş dayanıb.