Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:05

Misirdə Müsəlman Qardaşlığı üzvlərinin ölüm hökmü qüvvədə saxlanıb


Misirdə məhkəmə 2013-cü ildə Qahirə yaxınlığında polis məntəqəsinə basqınla əlaqədar məhkum edilmiş 183 Müsəlman Qardaşlığı üzvü barədə çıxarılmış ölüm hökmlərini qüvvədə saxlayıb.

Kerdasadakı məntəqəyə basqın zamanı 11 polis zabiti həlak olmuşdu.

Bu basqın iyul ayında Müsəlman Qardaşlığı təşkilatından olan prezident Mohammed Morsi-nin hərbiyyə tərəfindən devrilməsindən sonra baş vermişdi.

İndiyədək yüzlərlə Morsi tərəfdarı barəsində ölüm hökmləri çıxarılsa da, onlardan heç biri icra olunmayıb.

Amnesty International beynəlxalq insan haqları təşkilatları bu hökmlərin əksəriyyətinin qondarma ittihamlar əsasında çıxarıldığını bildirib.

Cənab Morsinin özü fevralın 15-də keçiriləcək məhkəmə dinləməsində “casusluğa dair” yeni ittihamla əlaqədar ifadə verəcək.

O və daha 10 nəfər “məxfi sənədlərin” Qətər və Qətərdə mənzillənmiş Əl-Cəzirə telekanalına sızdırılmasında ittiham edilirlər.

Kerdasa işi üzrə məhkum edilən 188 nəfərdən yalnız 140-ı həbsxanadadır. Qalanları qiyabi olaraq məhkum ediliblər.

Hökmlər Misirin ali dini rəhbərliyi tərəfindən tövsiyə edilir, lakin onlardan appelyasiya şikayəti verilməsi mümkündür.

XS
SM
MD
LG