Keçid linkləri

2024, 29 Aprel, Bazar ertəsi, Bakı vaxtı 23:12

AzadliqLive ötən həftə (2-6 fevral)

AzadliqLive-da fevralın 6-da DİNLƏ

- Azərbaycan prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik konfransında iştirak edir

- Banklardan borc alan Azərbaycan vətəndaşlarının sayı bir ildə 18 faiz artıb

- Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olundu

- Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Francois Hollande Moskvaya Vladimir Putinlə Ukrayna danışqlarına gedir

Bu və digər mövzuları AzadliqLive dinlə

Müzakirələrə sən də qoşul, SORĞUda iştirak et BU LİNKDƏ səsvermənin hazır cavablarından birini seç

Günün əsas mövzuları ətrafında baş verən yeniklər, sosial mediadakı fikirlər və digər maraqlı məqamlar gün ərzində CanlıBloqda yeləşdirilir. Axşam saat 8-də AzadliqLive-ı canlı yayımda , gün ərzində isə onun bloqunu burada izlə. Verilişin audio yayımı da burada yerləşdiriləcək. Yeni postlar xronoloji ardıcıllıqla, bloqun əvvəlində yerləşdirilir. Bloqun sonunda göy rəngli "Davamı" düyməsini sıxmaqla bloqu vərəqləmək, günün əvvəlki postları ilə də tanış olmaq mümkündür.

16:22 3.2.2015

-
“Ət müvəqqəti ucuzlaşıb”

Bunu aqrar sahəsi üzrə ekspert Vahid Məhərrəmov AzadliqRadiosuna müsahibəsində deyir: "Bizim fermerlər bir heyvanda 4 günə bir kilo çəki artıra bilirlər, avropalı fermer isə mal-qarada bir günə bir kilo çəki artırır". Müsahibəni ətraflı AzadliqLive-da izlə

17:40 3.2.2015

"Mən səni sevirəm, bu da çek"

Bakıda, Four Seasons hotelinin prezident otaqlarında 2 romantik gecə, Qız qalasında şampan və qara kürü, limuzin, hər zaman müştərinin sərəncamında olan şəxsli qulluqçu - Four Seasonsun müştərilərə təklif etdiyi bu kompleks xidmət öz sevgisini nişanlısı və ya həyat yoldaşına sübut etmək imkanı kimi təqdim olunur. Bu məhəbbətin təsdiqi üçün müştəridən 100 min manat tələb olunur. Həqiqətən də hər gecəyə 50 min xərcləyən şəxsin məhəbbətinə şübhə etmək üçün gərək ya özün milyonlar sahibi olasan, ya da "hər şeyi pulla almaq olmaz" fəlsəfəsinin daşıyıcısı.

Four Seasons hotelinin meneceri ilə müsahibə
Gözlə

No media source currently available

0:00 0:04:07 0:00
Direct-ə keçid

"Bilirsiniz ki, insanlar Eyfel qülləsində və ya digər tanınan məkanlarda öz sevgisini və ya evlənmə təklif edir. Bizim bu kampaniyamız da PR kampaniyasıdır". - Four Seasons hotelinin meneceri Aynur Məmmədova AzadliqRadiosuna müştərilərə 2 gecəsi 100 min manata təklif olunan Bakı səfəri haqda təklifi izah edir. Deyir ki, belə bir təklif anons olunsa da, prezident otaqları hazırda boş olmadığından hətta müştəri çıxsa belə onlara sata bilməyəcəklər. Onun sözlərinə görə, internetdə yerləşdirilən reklam media tərəfindən düzgün yozulmayıb, ona görə də reklamı dəyişib, yenidən dərc edəcəklər.

Bu haqda daha ətraflı bilmək istəyirsənsə, AzadliqLive-ı dinlə

18:51 3.2.2015

Nə gündəsən, Ukrayna ordusu!

Ukrayna ordusu separatçıların mövqelərini top atəşinə tutur
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

“Görürsən tank dayanıb, 2-ci dərəcəli texniki vəziyyətdədir. Bu o deməkdir ki, onun akkumyatoru dəyişdirilib, lampaları yerindədir və sürüb getməyə hazıdır. Tankın lyuku (dəyirmi qapısı) qaynaqlanıb və hər yerdə necə lazımdır plomblar var.

Lakin lyuku açanda görürük ki, içrəidə heç nə yoxdur. Çünki oradakı birləşdirici detalların hamısı qiymtəli metallardan idi, ehtiyyat hissələri bizim müəssisələr guya vasitəçi şirkətlərdən alırlarmış. Bu tankları heç vaxt heç kim inventarlaşdırmayıb. Bu problem haqda indi heç kim danışmaq istəmir.

Bizim əlimizdə o qədər fakt var ki, ehtiyyat kimi saxlanılan hərbi texnikanın təsviri ilə reallıq düz gəlmir. Yeri gəlmişkən, bu gün hərbçilərə gəstəriş verilib ki, əlimizdə olan texnikanın real vəziyyətini müəyyənləşdirmək üçün inventrizasiyaya başlasınlar".

Ukraynada vəziyyət - 3 fevral
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00
Direct-ə keçid


Ukrayna dövlət müdafiə sənayesi komitəsi sədrinin müavini Sergei Pinkas Ukrayna “5-ci kanal” televiziyasına müsahibəsində dedikləri Ukrayna ordusunun texniki təhcizatı haqda təsəvvürlərə aydınlıq gətirir və Rusiya tərəfindən silahlandırılan separatçılara qarşı döyüşlərdə Ukrayna ordusunun uğursuzluqlarına bir izah ola bilərdi.

Hazırda Ukrayna ordusu ilə rusiyameylli yaraqlılar arasında gedən ağır döyüşlər haqda ətraflı AzadliqLive-da

19:19 3.2.2015

Murad Bakıdan yazır

Hesab edirəm ki, mənim cibimə ən çox zərbə vuran toylardı. Bəzən həftədə 2-3 xeyir işə getməli olursan.

Sənin də günün sualına cavabın varsa yaz, canlı efirdə səsləndirək, bloqda dərc edək

Davamı

XS
SM
MD
LG