Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:03

İordaniya pilotunu Al-Qaeda əsirinə dəyişdirmək istəyir


Yapon televiziyası girovlardan xəbər verir
Yapon televiziyası girovlardan xəbər verir

-

İordaniya İslam Dövləti (İD) silahlı qruplaşmasının tutduğu pilotunu Al-Qaeda əsiri ilə dəyişdirməyi təklif edir.

Hökumətin sözçüsü Mohammad al-Momani fevralın 1-də deyib ki, İordaniya "məhkum Sajida al-Rishawi-ni pilot Muath al-Kasaesbeh ilə dəyişməyə hazırdır".

Kasaesbeh dekabrda, idarə etdiyi qırıcı təyyarə Suriyada yaraqlıların nəzarətində olan ərazidə qəzaya uğrayandan sonra tutulub.

İD yapon girovun başının kəsildiyi görüntülənən video yayıb. İordaniya jurnalist Kenji Goto-nun qətlini pisləyib.

İD Rishawi-nin buraxılmasını tələb edir. O, 2005-ci ildə İordaniyada üç bomba partlayışında ittiham olunub, ölüm cəzası alıb.

Ötən həftə İD audio yayaraq hədələyib ki, Rishawi yanvarın 29-dək buraxılmasa, pilot öldürüləcək. İordaniya isə pilotun sağ qalmasına dəlil istəyib, yoxsa Rishawi-ni buraxmayacağını deyib.

XS
SM
MD
LG