Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:14

Putinin dostu Krıma körpü tikəcək


Arkady Rotenberg.
Arkady Rotenberg.

-

Rusiya ilə Krımı birləşdirəcək körpünün tikintisi üçün kontraktın Vladimir Putin-in dostu olduğu söylənən Arkady Rotenberg-in şirkətinə verildiyi bildirilir.

Rusiya prezidenti Putin-in uşaqlıq dostu olan Rotenberg-in SGM qrupu Qərb sanksiyalarının siyahısındadır.

3 milyard dollar dəyəri olan körpü ötən martda ilhaq edilmiş Krımı Rusiya Federasiyasının ərazisi ilə birləşdirməlidir.

Hazırda Krımla Rusiya arasında yalnız dəniz və hava əlaqəsi var.

«Reuters» agentliyi xəbər verir ki, bu, əsasən boru kəmərləri tikən SGM şirkətinin ilk körpü təcrübəsi olacaq.

Körpünün Kerç körfəzinin hansı hissəsində tikiləcəyi hələlik məlum deyil, lakin ekspertlərin fikrincə, onun ümumi uzunluğu 15 kilometrə çata bilər.

Rusiyanın Nəqliyyat Nazirliyi bildirib ki, körpü 2018-ci ildə istifadəyə verilməlidir.

XS
SM
MD
LG