Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:46

Metroda təlim keçirilib


Oktyabrın 20-dən 21-ə keçən gecə saat 2 radələrində metronun «Bakı soveti» stansiyasında «ekstremal şəraitdə təhlükəsizlik və xilasetmə» təlimi keçirilib. Təlimi Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə nazirlikləri və Bakı Metropoliteni birlikdə keçirib.

Təlimlərə təxminən min nəfər şəxsi heyət, 18 yanğınsöndürən və 10 təcili yardım maşını cəlb edilib. Bir saat davam edən təlimlər zamanı tuneldə süni qəza törədilib və vaqonlardakı adamlar hadisə yerindən «Bakı Soveti» stansiyasına çıxarılıb.


Təlimləri izləyən nazirlər və Bakı Metropoliteninin rəhbərliyi ilk dəfə keçirilməsinə baxmayaraq, təlimlərin nəticələrindən razı qaldıqlarını bildiriblər.


XS
SM
MD
LG