Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 12:17

İtaliya prezidentini ilk cəhddə seçmək mümkün olmayıb


Giorgio Napolitano, 2013

Giorgio Napolitano, 2013

İtaliyada parlamentin ölkə üçün prezident seçmək cəhdi ilkin mərhələdə uğursuz olub.

Qanuna görə, parlamentin hər iki palatasından olan 1009 seçicidən (o cümlədən regionları təmsil edənlər) 673-ü eyni adama səs verməlidir.

Amma siyasi çəkişmələr buna imkan verməyib.

İndi parlament ikinci cəhddə buna çalışacaq. Bu dəfə prezidentliyə namizəd 505 nəfərin dəstəyini qazanmalıdır.

Yanvarın 14-də 89 yaşlı prezident Napolitano istefa verib.

Hakim Demokrat Partiyasından olan Sergio Mattarella ən şanslı namizəd sayılır.

XS
SM
MD
LG