Keçid linkləri

2017, 20 Fevral, Bazar ertəsi, Bakı vaxtı 22:09

Bolqarıstanın demokratik yolla seçilmiş ilk prezidenti vəfat edib


 Zhelyu Zhelev

Zhelyu Zhelev

Sofiyada Bolqarıstanın demokratik yolla seçilmiş ilk prezidenti və keçmiş dissident Zhelyu Zhelev 79 yaşında vəfat edib.

O ölkənin demokratiyaya keçməsində mühüm rol oynayıb, onun təşəbbüsü ilə aşkarlıq və yenidənqurma cəmiyyəti yaradılıb.

1989-cu ildə keçmiş kommunist rejiminin süqutundan sonra “Demokratik qüvvələr ittifaqı” partiyasının banilərindən biri və ilk lideri olub.

1990-cı ildə parlament onu ölkə prezidenti seçib, 1992-ci ildə isə ölkədə keçirilən ilk demokratik prezident seçkilərində qalib gələrək yenidən prezident olub, 1997-ci ilədək ölkəni idarə edib.

2001-ci ildə isə Zhelev keçmiş dövlət başçılarının forumu olan-Balkan siyasi klubunu yaradıb.

Yanvarın 30-da mərhumun xatirəsi bütün ölkə boyu 1 dəqiqəlik sükutla yad edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG