İslam Dövləti yaraqlılarının İraqda törətdikləri hücumlarda azı 21 adam ölüb.
Yaraqlıların yanvarın 30-da İraqın şimalındakı Kərkük şəhəri ətrafında törətdikləri hücumda azı 9 kürd döyüşçüsü öldürülüb.
Yaraqlılar Kürd birləşmələrinin mövqelərini minaatanlardan atəşə tutublar.
Hazırda kürdlər ötən ilin avqustunda itirdikləri ərazilərin əksəriyyətində nəzarəti bərpa ediblər.
Bağdada düşən 2 bomba nəticəsində isə azı 18 nəfər ölüb.
Samarra şəhərində iki intiharçının törətdiyi partlayışda 3 nəfər ölüb, 5 nəfərsə yaralanıb.