-
Ukraynada rusiyapərəst separatçıların lideri deyir ki, Donetskdə hökumət qüvvələri mühasirəyə alınıb, ya silahlarını yerə qoymalıdırlar, ya da öldürüləcəklər.
Rusiyanın RİA Novosti agentliyi Aleksandr Zakharchenko-dan sitat gətirib. Onun sözlərinə görə, Debaltseve şəhəri yaxınlığında Ukrayna birləşmələri mühasirədədir. Zakharchenko deyib ki, silahlarını təslim etsələr, əsgərlərin həyatı bağışlanacaq.
Yanvarın 30-da Minskdə ATƏT, Rusiya, Ukrayna və separatçıların təmsilçiləri danışıqlar başlamalıdır.