Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 04:30

Müdafiə Nazirliyi Ermənistana cavab verdi


“Bu, tipik və yalnız ermənilərə xas olan açıq-aydın həqiqəti inkaretmə variantıdır”.

Bunu Azərbaycanın Müdafiə Nazirlyi cəbhənin Ağdam istiqamətində Ermənistana məxsus pilotsuz aparatın vurulması ilə bağlı APA-nın sorğusunu cavablandırarkən bildirib.

“Ermənistan Müdafiə Nazirliyinin təbliğatçıları növbəti dəfə düşdükləri xoşagəlməz və acınacaqlı vəziyyətdən çıxış yolunu tapmaq üçün həddindən çox fikirləşiblər.

Hadisə ilə bağlı hər hansı əlavə şərh artıq və yersizdir”, - deyə nazirlik bildirib.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyinews.am saytına açıqlamasında ermənilərə məxsus pilotsuz aparatın vurulması ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin məlumatını təkzib edib və bildirib ki, Azərbaycan öz pilotsuz aparatını vurub.

XS
SM
MD
LG