Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:35

Hökumətlərin pis rəftarı münaqişə və böhranları dərinləşdirib


Foto arxiv
Foto arxiv

Bir çox ölkələrin hökumətləri təhlükəsizliklə mübarizədə insan haqlarına məhəl qoymamaqla böyük səhvə yol verirlər.

Bu barədə Human Rights Watch təşkilatının insan haqları ilə bağlı cümə axşamı açıqladığı illik hesabatda belə deyilir.

Hesabat 90 ölkəni əhatə edir.

Təşkilatın icraçı direktoru Kenneth Roth 2014-cü ilin çox ağır olduğunu deyir.

Onun sözlərinə görə, insan haqlarının pozulması Ukraynanın şərqindəki böhran və islamçı ifratçılıqla bağlı vəziyyətin pisləşməsində böyük rol oynayıb.

O qeyd edib ki, insan haqlarına əməl edilməsi və demokratik dəyərlərin təmin edilməsi bu cür münaqişələrin həllində əsas rol oynayır.

Rusiyadakı vəziyyətə gəldikdə isə o bildirir ki, Kremil 2012-ci ildə Sovet İttifaqının süqutundan sonra görünməmiş şəkildə dissidentlər,fəallar, müstəqil jurnalistlər və dinc nümayişçilərin təqibinə başladı.

Roth hesab edir ki, Qərbin bu cür insan haqları pozuntularına məhdud reaksiyası yəqin ki, Ukrayna böhranını dərinləşdirdi və qapalı informasiya sistemi Rusiya Ukraynaynaya görə beynəlxalq tənqidləri boxmaq imkanı verdi.

Həmçinin İraq və Suriya hökumətlərinin təhqiramiz siyasəti ekstremist İslam Dövləti qruplaşmasının güclənməsində vacib faktor oldu.

XS
SM
MD
LG