Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:26

Bakıda sürücü özünü yandırıb (VIDEO)


Sürücü özünü yandırır
Gözlə

No media source currently available

0:00 0:00:23 0:00

Özünü yandıran sürücü

-

Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə yanvarın 28-də “20 Yanvar” dairəsinin yaxınlığında baş verib.

Bakı şəhər sakini, sürücü, 39 yaşlı Arzuman Hümbətov üstünə benzin tökərək özünü yandırıb. O, yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə yerləşdirilib.

Mərkəzdən verilən məlumata görə Arzuman Hümbətov üçüncü dərəcəli yanıq xəsarətləri alıb, vəziyyəti ağırdır.

Hadisə yerində olan şəxslərin köməkliyi ilə alov söndürülüb və yaralı xəstəxanaya aparılıb.

Hadisə şahidlərinin dediyinə görə, Arzuman Hümbətov Nəqliyyat Nazirliyinin müfəttişlərinə etiraz olaraq bu addımı atıb.

Yasamal rayon Polis İdarəsindən Avtolent.az-a bildirilib ki, baş vermiş hadisə ilə bağlı araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Nəqliyyat Nazirliyinin Katibliyinin rəisi Namiq Həsənov APA agentliyinə bildirib ki, özünü yandıran şəxs taksi sürücüsü deyil, Bakı-Sumqayıt istiqamətində sərnişindaşıma ilə məşğul olan avtobus sürücüsüdür:

"O, qanunsuz olaraq sərnişindaşıma ilə məşğul olan "Ford" markalı avtobusun sürücüsüdür. İnsident Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı keçirilən reyd zamanı baş verib.

Həmin sürücüyə qanunsuz fəaliyyətlə məşğul olduğu bildirilib. Lakin təəssüflər olsun ki, belə bir insident baş verib. Bizdə olan məlumata görə, sözügedən sürücü hər zaman özü ilə benzin gəzdirir, səbirsiz insandır... Hazırda polis məsələni nəzarətə götürüb və müvafiq araşdırma aparılır".

Namiq Həsənov əlavə edib ki, hadisədən dərhal sonra xəstəxanaya yerləşdirilən sürücünün vəziyyəti normaldır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG