Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:03

Ukrayna boyu gücləndirilmiş rejim elan edilib


.

Debaltsevedə ağır döyüşlər gedir, çox sayda itkilər var

Ukrayna hökuməti bütün ölkə boyu gücləndirilmiş rejim elan edib. Hökumət həmçinin Donetsk və Luqansk vilayətlərində fövqəladə vəziyyət elan edib.

Bunu Ukraynaın baş naziri Arseniy Yatsenyuk yanvarın 26-da hökumət iclasında deyib.

Ukrayna ordusu son 24 saat ərzində ölkənin şərqində gedən atışmalarda 9 əsgərinin həlak olduğunu, 29-nun isə yaralandığını bildirir.

Bunu ordunun sözçüsü Vladyslav Seleznyov yanvarın 27-də Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ən ağır döyüşlər Debaltseve şəhəri ətrafında gedir.

Bu şəhər yaraqlıların nəzarətində olan Donetsk və Luqanskın yol ayrıcında yerləşir.

Avropa liderləri Rusiyaya qarşı yeni sanksiyalara çağırıb.

Avropa Birliyi ölkələrinin liderləri xarici işlər nazirlərini Ukraynanın şərqində vəziyyətin gərginləşməsinə görə, yeni sanksiyalar da daxil olmaqla Rusiyaya qarşı cavab tədbirləri görməyə çağırıblar.

Yanvarın 29-da Brüsseldə Avropa Birliyi ölkələrinin Xarici İşlər nazirləri toplanacaq.

Avropa liderləri həmçinin Rusiyanı separatçıların hərəkətini pisləməyə və ötən ilin sentyabrında Minskdə əldə olunmuş atəşkəsi həyata keçirməyə çağırırlar.

Liderlər yanvarın 24-də Mariupolda 30 dinc sakinin ölümü ilə nəticələnən raket hücumlarını da kəskin pisləyiblər.

BMT-nin məlumatına görə, həmin raket separatçıların nəzarətində olan ərazidən atılıb.

Avropa Birliyi ölkələri indiyədək Krımın işğalı və Ukrayna böhranına görə Rusiyaya qarşı bir sıra iqtisadi və siyasi sanksiyalar tətbiq ediblər.

Rusiya isə hərbi əməliyyatların kəskinləşməsinə görə, Kiyevi günahlandırır.

Kremlin məlumatına görə, prezident Vladimir Putin yanvarın 26-da Almaniyanın kansleri Angela Merkel və Fransa prezidenti Francois Hollande ilə danışıb. Rusiya prezidenti bölgədə vəziyyətin gərginləşməsinə görə, Kiyevi günahlandırıb.

Putinin sözlərinə görə o, yanvarın 15-də ağır silahların cəbhə xəttindən çıxarılması ilə bağlı Ukrayna prezidenti Petro Poroshenkoya məktub göndərib, amma heç bir cavab almayıb.

Qərb ölkələri isə hesab edir ki, Moskva Ukraynanın şərqində vəziyyəti gərginləşdirməklə daha çox ərazini zəbt etmək və Minsk razılaşmasından qaçmaq istəyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG