Keçid linkləri

2017, 23 Sentyabr, şənbə, Bakı vaxtı 06:23

Xədicə İsmayılın həbsinin uzadılması ilə bağlı təqdimat verilib


Xədicə İsmayıl

.

Yanvarın 27-də Səbayıl rayon Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılın həbs müddətinin artırılması ilə bağlı təqdimata baxılacaq. Bu haqda AzadlıqRadiosuna onun vəkili Yalçın İmanov məlumat verib. Vəkilin sözlərinə görə, Xədicə İsmayılın həbs müddətinin daha iki ay uzadılması ilə bağlı təqdimatı Bakı şəhər Prokurorluğu verib.

Xədicə İsmayıl ötən il dekabrın 5-də həbs olunub. O, jurnalist Tural Mustafayevin «özünü öldürmə həddinə çatdırma» ittihamı ilə saxlanıb. Xədicə İsmayıl bu ittihamları rədd edərək, həbsini siyasi sifariş sayır.

AzadlıqRadiosunun rəhbərliyi bəyan edib ki, Xədicənin həbsi onun ölkə məmurlarının gizli biznesi haqda araşdırmalarına görə hakimiyyətin qisasıdır.

Fevralın 5-də Xədicə ismayılın həbs müddəti başa çatmalı idi.

Jurnalist Azərbaycan prezidentinin ailə üzvlərinin adı hallanan biznes iləri haqda araşdırmaların müəllifidir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG