Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:31

Stephen Hawking kainatın yeni nəzəriyyəsini hazırlayır...


Stephen Hawking
Stephen Hawking

.

«Böyük kosmik hissəciklərin yeni nəzəriyyəsi üzərində iş gedir». Bunu britaniyalı, dünyaca məşhur fizikStephen Hawking deyir.

Bir neçə il öncə «Tanrı hissəciyi» adlanan Hiqqs bozonunun tapıldığını bəyan edilib. Hiqqs bozonu hazırda kainatda mövcud olan hər şeyin əsası, bünövrəsi sayılır.

CAZİBƏ DALĞALARI

Stephen Hawking isə yanvarın 23-də facebook səhifəsində yazıb ki, Belçikadan olan həmkarı Thomas Hertog ilə kainatın mənşəyinə dair yeni nəzəriyyə üzərində işləyirlər:

Nəzəriyyəyə görə, bütün kainatda Böyük Partlayışdan (Big Bang) gələn cazibə dalğaları üstünlük təşkil edir:

"Bunu BİCEP komandası Cənub Qütbündə radioteleskop vasitəsilə müşahidə edib. Ancaq onların verdiyi siqnalı toz da yarada bilərdi. Müşahidə təsdiqlənsə, kainata yeni pəncərə açılacaq və bu Hiqqs bozonlarının kəşfindən də mühüm olacaq".

msnbc.com yazır ki, BİCEP2 eksperimentini aparan alimlər ötən il də ilkin cazibə dalğalarını qeydə aldıqlarını bildiriblər. Ancaq digər tədqiqatçılar deyib ki, bu, qalaktika tozu da ola bilər, nəinki böyük təkan silkələnmələri.

İNFLYASİYA NƏZƏRİYYƏSİ TƏSDİQLƏNƏ BİLƏR

Cazibə dalğalarının mövcudluğu inflyasiya nəzəriyyəsini (theory of inflation) təsdiqləməyə kömək edər. Bu nəzəriyyəyə görə, kainat başlanğıcını böyük partlayışdan götürüb.

Birinci dəfə deyil ki, Hawking aləmi bir-birinə vurur. Ötən ilə o, "qara dəliyin" mövcud olmadığını söyləyib. Ötən ilin yanvarında o, "Nature" jurnalında yazırdı:

"Klassik nəzəriyyəyə əsasən qara dəliyi tərk etmək mümkün deyil. Kvant nəzəriyyəsi isə enerji və informasiyaya qara dəlikdən qaçmaq üçün imkan yaradır."

Big Bang - Böyük Partlayış, kainatın təxminən 13.7 milyard il əvvəl bir nöqtənin həddindən artıq istilik nəticəsində partlamasından əmələ gəldiyini deyən bir nəzəriyyədir. Bir neçə il əvvələdək Hiqqs bozonunun olub-olmadığı da kainatın ən böyük sirri sayılırdı.

Stephan Hawking-in Facebook-da yazdığı:

XS
SM
MD
LG