Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 20:26

Sergei Naryshkin Savchenko-nun buraxılmasına kömək etməyəcək


Nadia Savchenko Moskva məhkəməsində

Nadia Savchenko Moskva məhkəməsində

-

Rusiya Dumasının sədri Sergei Naryshkin Rusiyada saxlanmış ukraynalı hərbi pilot Nadiya Savchenko-nun buraxılmasına köməkdən imtina edir.

AŞPA prezidenti Anne Brasseur ötən həftə ona müraciət edərək Savcehnko-nun buraxılmasına kömək istəyib. Pilotun səhhəti pisləşib. O, bir aydan çoxdur həbsxanada aclıq edir, buraxılana və ya ölənədək aksiyanı davam etdirəcəyini bildirir.

Yanvarın 25-də Brasseur-lə görüşdən sonra Naryshkin deyib ki, Savchenko-nun taleyini Rusiya məhkəmələri həll edəcək.

"Təqsiri ancaq istintaq və məhkəmə müəyyənləşdirir; təqsiri sübuta yetirilməsə, o, azadlığa buraxılacaq," Naryshkin bildirib.

Tənqidçilər Rusiya məhkəmələrinin Kremlin əmrinə tabe olduqlarını deyir.

Savchenko Ukraynanın şərqində iki rusiyalı jurnalistin ölümündə iştirakda ittiham olunur.

XS
SM
MD
LG