-
Müstəqil “Oda” Teatrının tərkibində “Oda Sinema” yaradılıb.
Bu barədə OxuZalına teatrdan verilən məlumatda deyilir.
Teatrın məkanı olan Dilarə Əliyeva 141 ünvanında artıq “Oda Sinema” kimi fəaliyyətə başlayan kino-mərkəzi fəaliyyət göstərəcək.
Burada tamaşaçılar Azərbaycan və dünya istehsalı olan müxtəlif filmləri izləyə biləcəklər.
Filmlərin aylıq afişası “Oda Sinema”nın “Facebook” səhifəsində mütəmadi olaraq yayımlanacaq.