Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 09:26

Radikal islamçıların dəstəsi şəhərə hücum edir


"Boko Haram"

Nigeriyada "Boko Haram" radikal qruplaşmasının yaraqlıları ölkənin şimal şərqindəki Maiduguri şəhərinə hücuma başlayıblar.

Reuters agentliyi mərmi səslərinin eşidildiyini, şəhərə gedən bütün yolların bağlandığını, şəhərdə dükan-bazarın işləmədiyini xəbər verir.

"Boko Haram" Nigeriyada İslam dövləti qurmağa çalışır.

O, Maiduguri şəhərinin aid olduğu Borno vilayətinin bəzi bölgələrinə xeyli müddətdir nəzarət edir. Bundan başqa qonşuluqdakı Adamawa və Yobe vilayətlərindəki bəzi ərazilərə .

Bu yaxınlarda yaraqlılar Çad gölü sahilində bir şəhər və bir hərbi bazanı ələ keçiriblər.

Nigeriya dünyanın əhalisi ən çox olan ölkələrindəndir. Əhali sayı 173 milyon nəfərdir.

XS
SM
MD
LG