Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:57

«Audiovizual» beynəlxalq kinofestivalı başlanır


Oktyabrın 31-dən noyabrın 4-dək Bakıda beynəlxalq «Audiovizual» beynəlxalq kinofestival keçiriləcək. Festivalın təşkilatçısı Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasıdır. Festivalın koordinatoru Şahirə Tacəddin «Azadlıq» radiosuna bildirib ki, festivalda Avropa və Asiyanı təmsil edən 16 dövlətin gənc kinematoqrafçısı təmsil olunacaq. İddiaçılar «Ən yaxşı bədii film», «Ən yaxşı sənədli iş», «Ən yaxşı video art», «Ən yaxşı reklam çarxı», «Ən yaxşı klip», «Ən yaxşı kompyuter qrafikası janrında iş» və «Ən yaxşı tələbə işi» nominasiyaları üzrə yarışacaqlar.


«Audiovizual» beynəlxalq kinofestivalı Bakıda artıq 6 ildir keçirilir. Məqsəd dünyanın bir çox ölkələrinin kinematoqrafçıları ilə fikir mübadiləsi aparmaq və gənc iştirakçıların işlərini qiymətləndirməkdir.


XS
SM
MD
LG