Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 03:06

Diyarbakırda "Charlie Hebdo" əleyhinə mitinq olub


Arxiv fotosu: Əfqanıstanda "Charlie Hebdo" dərgisi əleyhinə etiraz aksiyası
Arxiv fotosu: Əfqanıstanda "Charlie Hebdo" dərgisi əleyhinə etiraz aksiyası

Yanvarın 24-də Türkiyənin şərqində Diyarbakır şəhərində Fransadakı satirik "Şarli Ebdu" ("Charlie Hebdo") jurnalı əleyhinə mitinq olub. Türkiyə mətbuatı mitinqdə 100 min adamın qatıldığını yazır. Təhlükəsizlik səbəbi ilə mitinqə gələnlərin üstü yoxlanıb.

Təşkilatçı Peyğəmbər Sevdalıları Platforumudur. Mitinq zamanı kütləvi namaz da qılınıb.

“Şarlinin şeytanları, peyğəmbərimə dil uzatma”, “Lənət olsun mən Şarliyəm deyənlər” sloqanları səsələnib. Mitinq 2 saat davam edib.

Yanvarın 7-də silahlı şəxslər “Charlie Hebdo” satirik dərgisinin ofisinə hücum edərək orada 12 əməkdaşı öldürüblər. Bundan sonra polisin keçirdiyi əməliyyatda həmin hücumda şübhəli bilinənlər də öldürülüb.

Bu hadisədə sonra Parisdə dünya liderlərinin də qatıldığı çoxminlik etiraz yürüşü keçirilmişdi.

Bir çox müsəlman ölkələrində jurnalın İslam Peyğəmbərinin karikaturasını yaymasına etiraz olaraq aksiyalar keçirilib.

XS
SM
MD
LG