Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:18

Milli Şuradan parlament seçkisində iştirak üçün şərtlər


Cəmil Həsənli
Cəmil Həsənli

.

AKSİYALAR YAZA PLANLAŞDIRILIR

- Martdan başalyaraq siyasi məhbusların azadlığa buraxılması və ölkədə demokratik mühitin yaradılması istiqamətində kütləvi aksiyaların keçirilməsinə başlanacaq.

Bu, Milli Şuranın 2015-ci il fəaliyyət planına daxil etdiyi məsələlərdən biridir.

Yanvarın 24-də Milli Şura hesabat xarakterli seçki yığıncağı keçirib. Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülaliyev AzadlıqRadiosuna bildirib ki, toplantıda ölkədəki siyasi ictimai vəziyyət və özlərinin 2015-ci il üçün fəaliyyət planlarını müzakirə ediblər.

SEÇKİLƏRİ BAYKOT, YA İŞTİRAK?

Oqtay Güaliyev iclasda 2015-ci il Parlament seçkilərinin də əsas müzakirə mövzusu olduğunu qeyd edib:

- Milli Şura olaraq bu seçkilərdə iştirak etmək istəyirik. Ölkədəki anti-demokratik seçki mühiti, mürtəce seçki sistemi bu seçkilərdə normal iştirakı əngəlləyir. Bu məsələlər həllini tapacaqsa, Milli Şura seçkilərdə iştirak edəcək. Əks təqdirdə, baykot məsələsinə baxacaq. Buna görə də müzakirələr aparılsa da hələlik son qərar verilməyib.

YENİ KÖHNƏ SƏDR

İclasda siyasi məhbus məsələsi də müzakirə edilib. Bildirilib ki, 2015- ci ildə qarşıda duran əsas məsələlərdən biri də siyasi məhusların azadlığa çıxması olacaq. Oqtay Gülaliyev bildirir ki, bu sahədə fəaliyyət planı hazırlanacaq:

- Onların azadlığa çıxması müxtəlif kampaniyaların həyata keçirilməsi nəzərdə tutululur. 2015-ci il Avropa Oyunlarında da müəyyən işlər görməyi planlayırıq.

Toplantıda professor Cəmil Həsənli yenidən Milli Şuraya sədr seçilib. bu qurumda sədr hər il yenidən seçki yolu ilə müəyyən edilir.

Müxalifət partiyaları və ictimai fəalların birləşdiyi Milli Şura 2013-cü ilin prezident seçkisi öncəsi yaradılıb. Şuranın sədri Cəmil Həsənli də Şuranın prezidentliyə namizədi olub.

Seçkidən sonra bəzi müxalifət qrupları Şuranı tərk etsə də blok siyasi fəaliyyətini davam etdirir.

XS
SM
MD
LG