Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:32

Ukraynanın şərqində döyüşlərdə 18 hərbçi ölüb


Donbass və Ukrayna sərhəddində Rusiya qoşunları
Donbass və Ukrayna sərhəddində Rusiya qoşunları

-

Yanvarın 14-dən 22-dək Ukraynanın şərqində döyüşlərdə 18 hərbçi həlak olub, 235 nəfər yaralanıb. Müdafiə Nazirliyinin məlumatına görə, həmin dövrdə separatçılardan 600 ölən, 175 yaralanan olub. Özünü "Donetsk Xalq Respublikası" (DXR) adlandıran qurum isə bildirir ki, Ukrayna ordusundan 750 hərbçi ölüb.

Ötən gecə separatçılar Donbassda hökumət qüvvələrinə 30 dəfə atəş açıblar.

Donetsk vilayətinin Debalsevo şəhərində hərbi əməliyyatlar davam edir. TSN telekanalı şəhərdə işıq olmadığını, sakinlərin zirzəmilərdə, sığınacaqlarda gizləndiyini xəbərləyir. Çoxu evini tərk edib Ukraynanın digər regionlarına gedib. Separatçıların rayona 12 tank, 25 zirehli maşın və artilleriya yeritdiyi bildirilir.

ATƏT Debalsevo şəhərindəki duruma görə bəzi müşahidəçilərini çıxarıb.

"DXR" Donetsk vilayətində Krasniy Partizan qəsəbəsini nəzarətə götürdüyünü elan edib. Separatçılar bu qəsəbədə Ukrayna hərbçilərinin yerləşdiyini deyir. Kiyev "DXR"-in Krasniy Partizan kəndini aldığını təsdiqləyir, ancaq bildirir ki, neytral qəsəbədə hərbçilər olmayıb.

XS
SM
MD
LG