Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:55

Rusiyanın Dövlət Duması Abxaziya ilə hərbi razılaşmanı təsdiqləyib


Foto arxiv
Foto arxiv

Rusiyanın Dövlət Duması yanvarın 23-də Gürcüstanın separatçı regionu Abxaziya ilə razılaşmanı təsdiqləyib.

Bu müqaviləni ötən ilin noyabrında Soçidə Rusiya prezidenti Vladimir Putinlə Abxaziyanın lideri imzalayıb.

Müqavilədə Abxaziya və və Rusiya hərbi qüvvələrinin bir komandanlıq altında birləşməsi və sərhəddə birgə nəzarət nəzərdə tutulur.

Gürcüstan bu addımın qanunsuz olduğunu və bunun Rusiyanın beynəlxalq aləmdə mövqeini daha da çətinləşdirəcəyini bəyan edib.

Rəsmi Tbilisi bildirib ki, bu Gürcüstan ərazisinin işğalı deməkdir.

Rusiya xarici işlər nazirinin müavini Grigori Karasin isə deyib ki, Gürcüstan regionda yeni siyasi reallıqlara öyrəşməlidir.

Hazırda Abxaziya ərazisində bir neçə min Rusiya əsgəri var.

Gürcüstan 2008-ci ildə Gürcüstanla qısa müharibədən sonra, Abxaziyanı müstəqil ölkə kimi tanıyıb.

XS
SM
MD
LG