Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:02

«Arşın mal alan» Özbəkistanda göstəriləcək


Arxiv fotosu
Arxiv fotosu

-

«Yanvarın 26-da saat 18-00-də Özbəkistan Milli Dram Teatrında Üzeyir Hacıbəylinin «Arşın mal alan» operettası əsasında hazırlanmış konsert-tamaşa göstəriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, tamaşa Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə hazırlanıb.

Konsert-tamaşanın bədii rəhbəri və dirijoru Özbəkistanın Əməkdar İncəsənət Xadimi, professor Firuza Abdurahmanovadır.

Musiqi nömrələrini Beynəlxalq müsabiqələr laureatı "Qolden Trophu" Ansamblı və "Soqdiana" Dövlət Xalq Çalğı Alətləri Kamera Orkestri ifa edəcək.

Konsert-tamaşada operettadan ariya, duet və mahnılar, xor nömrələri ifa olunacaq.

Xəbərdə vurğulanır ki, "Arşın mal alan" tamaşası Özbəkistanda çox populyardır.

Üzeyir Hacıbəylinin bu əsərinə dəfələrlə özbək və rus dillərində səhnə həyatı verilib.

Əsər bir neçə il əvvəl paytaxtdakı Operetta Teatrında rus dilində tamaşaya qoyulub, indi də səhnədədir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG