Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:40

«Qatil» film oldu...


Rejissor Kamran Şahmərdan
Rejissor Kamran Şahmərdan

-

«Gürcüstanda xalq yazıçısı Elçinin «Qatil» pyesi əsasında çəkdiyimiz eyniadlı film bitirdik»

Bu sözləri Finlandiyada yaşayan rejissor Kamran Şahmərdan AzərTac-a müsahibəsində bildirib.

Onun sözlərinə görə bu Gürcüstanla Azərbaycan arasında müştərək layihədir:

«Montaj və digər işlər bitəndən sonra, yəni yazın sonlarında filmin premyerasının keçirilməsi planlaşdırılır. Gürcü aktyorların oynadığı film Azərbaycan dilinə dublyaj olunacaq».

Kamran Şahmərdan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında layihə həyata keçirmək fikrində olduğunu da deyib.

Rejissor diqqətə çatdırıb ki, artıq beş ildir Akademik Milli Dram Teatrının repertuarında olan «Teleskop» tamaşası yanvarın 28-də bir daha nümayiş olunacaq.

K.Şahmərdan bildirib ki, ötən il Rusiyanın Kemerovo şəhərində V.Şekspirin «Maqbet», Qoqolun «Evlənmə», F.Dostoyevsikinin «Ölü evdən qeydlər» əsərlərini səhnələşdirib.

Rejissor S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Jan Anuyun «Torağay», Elçinin «Cəhənnəm kirayənişinləri» əsərlərini, öz əsəri əsasında A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında «Ağ və Qara», Milli Dram Teatrında Elçinin «Teleskop» tragikomediyası əsasında tamaşalar da hazırlayıb.

XS
SM
MD
LG