Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:13

Yəmənin prezidenti istefa verdi, ölkə xaosdadır


Abd-Rabbu Mansour Hadi
Abd-Rabbu Mansour Hadi

Yəmən prezidenti Abd-Rabbu Mansour Hadi cümə axşamı istefa verərək ölkəni daha dərin böhranla üz-üzə qoyub.

Bundan bir neçə gün əvvəl Huti qiyamçıları prezident sarayını zəbt etmişdilər.

Reuters agentliyi xəbər verir ki, son hadisələr Vaşinqtonu əl-Qaedaya qarşı mübarizəsində əsas müttəfiqlərindən birindən məhrum edir.

Keçmiş general Hadi deyib ki, onun istefasına səbəb Huti tayfasının paytaxt Sanada nəzarəti ələ alması olub.

Huti hərəkatı istefanı şərh etməkdən imtina edib, lakin xalqı özünə dəstəyə çağırıb.

Hərəkat həmçinin ordunun öz səlahiyyətlərini davam etdirməsini istəyib.

Mətbuat xəbər veir ki, şiəməzhəb Huti hərəkatı əslində son günlər prezidenti girov etmişdi.

Keçmiş prezidentin müşaviri Sultan al-Atwani Reuters agentliyinə bildirib ki, dövlət başçısı istefaya məcbur edilib.

Xəbər verilir ki, Huti hərəkatına aid yaraqlılar ölkə parlamentini mühasirədə saxlayırlar.

Ölkənin ikinci şəhəri olan Ədəndə rəsmilər prezidentin istefaya getməsini pisləmiş və indiki vəziyyətdə müstəqil hərəkət edəcəklərini bildirmişlər.

Təhlilçilər bildirirlər ki, Yəməndə artıq uzun müddətdir İran və Səudiyyənin nüfuz çarpışması gedir.

XS
SM
MD
LG