Keçid linkləri

2025, 15 May, Cümə axşamı, Bakı vaxtı 21:17

«ANS» Şirkətlər Qrupu parlamentə müraciət edib


Parlamentin spikeri Oqtay Əsədov
Parlamentin spikeri Oqtay Əsədov

Milli Məclisin oktyabrın 20-də keçirilən iclasında cari məsələlər sırasında deputatlar son zamanlar «ANS»-də aparılan vergi yoxlamaları və «Azadlıq» qəzetinin ofisindən çıxarılması məsələsini müzakirə ediblər. Parlamentin spikeri Oqtay Əsədov «ANS» Şirkətlər Qrupunun Milli Məclisin rəhbərliyinə müraciət ünvanladığını bildirdi. Spiker nəzərə çatdırdı ki, hal-hazırda bu məsələ araşdırılır: «Cavabımız hazır olanda, «ANS» rəhbərliyini dəvət edib nə kömək lazımdır edəcəyik».


Cənab Əsədov onu da bildirib ki, «Azadlıq» qəzeti ilə bağlı yaranmış problem qanun çərçivəsində həll olunmalıdır. Spiker bu məsələdə heç bir problem görmədiyini dedi. O, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin məsələ ilə bağlı məhkəməyə müraciət etdiyini və «Azadlıq» qəzetinin də məhkəməyə müraciət etmək hüququnun olduğunu söylədi: «Mən söz verirəm ki, bu məsələ araşdırılacaq». Spiker Milli Məclisin İnsan Hüquqları Komissiyasına məsələni araşdırmaq və gələn iclasda məlumat vermək barədə tapşırıq verdi.


Vergilər Nazirliyi «ANS Kommers» Şirkətində apardığı yoxlamalardan sonra şirkəti 31 min yeni manat məbləğində cərimə edib. Bu qərarı düzgün hesab etməyən şirkət məhkəməyə müraciət etmişdi.


Həmçinin Milli Teleradio Şurası (MTRŞ) ANS TV-yə lisenziya verilməsini bir neçə dəfə təxirə salıb. Şura sözügedən kanalda xarici televiziya və radioların verilişlərinin yayımının qeyri-qanuni olduğunu da ona irad tutub.


Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi «Azadlıq» qəzetinin redaksiyanın yerləşdiyi Xaqani küçəsindəki binanın boşaldılaraq bu quruma verilməsi barədə 1 Saylı İqtisad Məhkəməsində iddia qaldırıb.


XS
SM
MD
LG