Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:25

Neftin ucuzlaşması hansı ölkəyə nə gətirəcək


BVF neft qiymətlərinin düşməsi fonunda region ölkələrindəki iqtisadi porseslərin proqnozunu yeniləyib.

Proqnoza əsasən, neftin durmadan və kəskin şəkildə ucuzlaşması, Avropa, Çin, Yaponiya və Rusiyada iqtisadi artımın azalması ilə nəticələnəcək, Yaxın Şərq və Orta Asiya ölkələrinin iqtisadiyyatına dərin təsir edəcək. Bu ölkələrin yeni iqtisadi situasiyaya reaksiyaları onların neft idxalçısı, yoxsa neft ixracatçısı olmasından asılı olacaq.

Amma ümumilikdə yeni iqtisadi mənzərə hər iki qrup ölkələr üçün enerji subsidiyalarında dəyişikliklər etmək və struktur islahatlarını gücləndirmək üçün bir fürsətdir.

External losses from lower oil prices 2015
External losses from lower oil prices 2015

Ucuz neft qiymətləri bir tərəfdən neft idxalçılarına rahat nəfəs almağa imkan versə də, digər tərəfdən onların məhsulları üçün xarici tələbatın, xüsusilə Rusiyadan tələbatın azalmasına səbəb olacaq.

Rusiya iqtisadiyyatının kəskin zəifləməsi və rublun devalvasiyası Cənubi Qafqaz və Orta Asiya respublikalarının iqtisadi vəziyyəti ilə bağlı proqnozların pisləşməsinə gətirib çıxarıb. Səbəb bu ölkələrlə Rusiya arasında güclü ticarət əlaqələrinin və intensiv pul köçürmələrinin olması, eləcə də xarici birbaşa investisiyaların çoxluğudur.

AzadlıqRadiosunda iş imkanı

AzadlıqRadiosuna

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG