Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:23

Yatsenyuk:"Ukraynaya Rusiyadan hələ də hərbi avadanlıqlar göndərilir"


Arseniy Yatsenyuk
Arseniy Yatsenyuk

Ukraynanın baş naziri Arseny Yatsenyuk hələ də Ukraynaya Rusiya ərazisindən canlı qüvvə və hərbi avadanlıqlar göndərildiyini deyib.O bazar ertəsi Kiyevdə keçirdiyi mətbuat konfransında hərbi kəşfiyatda bununla bağlı dəqiq məlumat olduğunu bildirib.

Son məlumatlara görə, Donetsk hava limanında atışma ötən gün davam edib.

Ukrayna Milli Təhlükəsialik və Müdafiə Şurasının nümayəndəsiAndriy Lysenko bildirib ki, Ukrayna ordusu hava limanında nəzarətində olmalı ərazini ələ keçirir, çünki həmin ərazi düz hərbi təmas xəttindədir və Ukrayna tərəfinin nəzarətində olmalıdır.

Separatçılar isə həmin ərazinin onların nəzarətində olduğunu deyirlər.

Tərəflər bir-birini Minskdə əldə olunan atəşkəs sazişini pozmaqda günahlandırır.

XS
SM
MD
LG