Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:58

Maliyyə Nazirliyi ABŞ Dövlət Departamentinin hesabatına münasibət bildirib



Maliyyə Nazirliyi ABŞ Dövlət Departamentinin Maliyyə Şəffaflığı üzrə İllik Hesabatında Azərbaycanınmaliyyə şəffaflığı üzrə minimal tələblərə cavab verməyən ölkələr sırasına aid edilməsinə münasibət bildirib.

Bundan təəccübləndiyini ifadə edib.

Nazirlikdən bildirilib ki, son 4-5 il ərzində ölkədə büdcə prosesinin beynəlxalq standartlara uyğun olaraq daha da təkmilləşdirilməsi, onun şəffaflığının, ünvanlığının və ictimaiyyətə açıqlığının təmin edilməsi istiqamətində məqsədyönlü işlər aparılıb.

Büdcə layihələri Milli Məclisə təqdim olunmamışdan əvvəl Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir.

Həmçinin, dövlət və icmal büdcələrinin göstəricilərinin ətraflı, sadə və anlaşıqlı dildə vətəndaşlara çatdırılması üçün “Vətəndaşın büdcə bələdçisi” kitabı hazırlanaraq ictimailəşdirilir:

“Dünya Bankı, Avropa İttifaqı və İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət Katibliyi tərəfindən Azərbaycanda həyata keçirilən Dövlət Xərcləri və Maliyyə Hesabatlılığının (PEFA) qiymətləndirilməsi hesabatında ölkəmizin ciddi irəliləyişlərə nail olduğu qeyd olunmuşdur".

XS
SM
MD
LG