Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:50

Ötən doqquz ayda Bakıda 680 ağır cinayət hadisəsi baş verib


2006-cı ilin yanvar-sentyabr aylarında Bakı şəhərində 6099, o cümlədən 680 ağır və xüsusilə ağır növ cinayətlər qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə cinayətlərin 18,1 və 24,3 faiz artımı deməkdir. Bu barədə Baki Şəhər Baş Polis İdarəsində 9 ayin yekunlarina dair əməliyyat müşavirəsində idarənin rəis müavini, polkovnik Şahmar Paşayev məlumat verib.
Qəsdən adamöldürmə cinayətlərinin sayının 54-dən 49-dək, öldürməyə cəhdlərin 25-dən 24-dək azalması, quldurluq hallarının isə cəmi dörd fakt artmasını deyən cənab Paşayev, bunun ümumən qabaqlayıcı profilaktik tədbirlərin düzgün təşkililə bağlı olduğunu deyib.


Şahmar Paşayevin sözlərinə görə, hesabat dövründə orta rəis heyəti əməkdaşlarından 10 nəfər, sıravi və kiçik rəis heyəti əməkdaşlarından 43 nəfər daxili işlər orqanlarından xaric edilib, 41 əməkdaş isə nazirliyin və baş idarənin rəhbərliyinin əmrləri ilə tutduqları vəzifələrdən azad olunublar.


XS
SM
MD
LG