Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:48

Davosda İranın nüvə proqramı da müzakirə olunacaq


Javad Zarif
Javad Zarif

“İranın nüvə proqramı ilə bağlı danışıqlar bu həftə Davosda keçiriləcək Dünya İqtisadi Forumunda davam etdiriləcək”.

Bunu yanvarın 19-da İranın xarici işlər naziri Javad Zarif deyib.

O bildirib ki, yanvarın 21-də başlanacaq forum çərçivəsində ABŞ Dövlət katibi John Kerry və digər nazirlərlə görüşə bilər.

Yanvarın 18-də Cenevrədə aparılan danışıqlarda məhdud irəliləyiş olduğu bildirilir.

İranın nüvə proqramı ilə bağlı danışıqlarda ABŞ,Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya iştirak edir.

Qərb hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran isə nüvə proqramının sırf dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

Tərəflər iyunadək bu məsələdə yekun razılığa gəlmək istəyirlər.

XS
SM
MD
LG