Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:58

Həbsdə olan hüquq müdafiəçisi yeni kampaniyaya başlayır


Rəsul Cəfərov
Rəsul Cəfərov

Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərov “Qurbanların səsi” adlı kampaniyaya başlanması təşəbbüsünü irəli sürüb.

Məqsədi 20 yanvar faciəsini insan haqları və azadlıqlarının pozulması kimi qiymətləndirmək, yerli ictimaiyyət vəbeynəlxalq hüquq müdafiə təşkilatlarının diqqətini bu məsələyə yönəltməkdir.

Buna nail olmaq üçün müvafiq hesabat hazırlanması və davamlı kampaniya aparmaq üçün işçi qrup yaradılması planlaşdırılır.

Kampaniya çərçivəsində Xocalı qırğını və digər hadisələrin araşdırılması da həyata keçiriləcək.

Rəsul Cəfərov həbsdə olmasına baxmayaraq bu kampaniyaya özü rəhbərlik edəcəyini deyir.

Keçmiş Sovet rejimi 1990-cı il yanvarın 20-də Azərbaycanda milli-azadlıq hərəkatını yatırmaq üçün Bakıya qoşun yeritdi.

Əməliyyat zamanı 130-dan çox adam öldürülüb, 700-dən çox adam yaralanıb.

Rəsul Cəfərov avqustun 2-də həbs olunub, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətindən sui-istifadədə ittiham olunub.

O ittihamları rədd edir.

XS
SM
MD
LG