Qroznıda Məhəmməd Peyğəmbərin karikaturlarının nəşrinə etiraz olaraq mitinq keçirilir.
BBC-nin məlumatına görə aksiyada bir neçə min adam iştirak edir.
Çeçenistan rəhbəri Ramzan Kadyrov bundan əvvəl bildirmişdi ki, aksiyaya milyonadək adam çıxa bilər.
Mitinqə görə yanvarın 19-da Qroznıda qeyri-iş günüdür.
Həmçinin şənbə günü eyni məqsədlə qonşu İnquşetiyada 20 minlik etiraz mitinqi keçirilib.
Aksiyaçılar Fransanın Şarli Ebdu jurnalının Məhəmməd Peyğəmbərin karikaturlarını çap etməsinə etiraz bildiriblər.
Yanvadın 7-də Parisdə jurnalın redaksiyasına edilmiş silahlı hücumda 12 nəfər ölüb.
Bu gücuma görə cavabdehliyi Ərəb yarmadasındakı Əl Qaida qruplaşması üzərinə götürüb.