Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:33

Donetsk aeroportu demək olar ki, Ukrayna ordusunun nəzarətinə keçib


Foto arxiv
Foto arxiv

BMT-nin baş katibi Ban Kİ Moon Ukraynanın şərqində hərbi əməliyyatların artmasından narahatlıq bildirib.

O yanvarın 18-də yaydığı bəyanatda hərbi əməliyyatları təcili dayandırmağa çağırıb.

Bam Kİ Moon bildirib ki, döyüşlərin davam etməsi sentyabrın 5-də Minskdə əldə olunmuş atəşkəs razılaşmasını tam poza bilər.

Ukrayna ordusu son sutka ərzində 4 əsgərinin həlak olduğunu xəbər veürir.

Ukrayna hərbçilərinin sözlərinə görə,onlar demək olar ki, Donetsk hava limanını tam nəzarətə götürüblər.

Bəzi məlumatlara görə son istirahət günlərində azı 14 adam ölüb.

Ümumilikdə isə ötən ilin aprelindən bu yana 4700-dən çox adam ölüb.

XS
SM
MD
LG