Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:46

David Cameron Roma papasından fərqli düşünür


Britaniyanın baş naziri deyib ki, azad cəmiyyətdə kiminsə dini hisslərinə toxunmaq - ifadə azadlığının bir hissəsidir.

O bu məsələdə Roma papası Francis-dən fərqli düşündüyün söyləyərək deyib:

“Mən xristianam. Əgər kimsə İsa peyğəmbər haqqında mənim xətrimə dəyəcək bir söz deyərsə, mən hiddətlənərəm. Lakin azad cəmiyyətdə buna görə mənim qisas almaq hüququm yoxdur” – deyib baş nazir CBS-ə müsahibəsində, - azad cəmiyyətdə kimlərinsə xətrinə dəymək hüququ mövcuddur”.

Roma papası Francis Parisdə “Charlie Hebdo” hadisələrinin ardınca demişdi ki, heç kimin dini hisslərinə toxunmaq olmaz.

XS
SM
MD
LG