Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:15

Ötən ay İTV-nin efir vaxtının artması, inkişaf dinamikası müşahidə olunub


«Nəcəf Nəcəfov» Fondu 2006-cı ilin sentyabr ayı üzrə İctimai Televiziyanın (İTV) monitorinqinin nəticələrinin təhlilini başa çatdırıb. Məlumatlandırmada xəbərlər tərəflilik və neytrallılıq meyarı üzrə qiymətləndirilib. Qiymətləndirməyə görə, ümumi yayılan xəbərlərin 20,9 faizi tərəfli, 79,1 faizi isə neytral olub. Təhlil Qrupu bu ay həmçinin «Carçı» və «Gündəm» informasiya buraxılışlarında siyasi və sosial xəbərlərin tərəflilik və neytrallılıq meyarı üzrə də təhlilini aparıb. Qiymətləndirməyə görə, sentyabr ayında yayılan siyasi xəbərlərin 52,8 faizi tərəfli, 47,2 faizi isə neytral olub. Hesabat dövründə adları çəkilən informasiya buraxılışlarında yayılan sosial xəbərlərin 24,2 faizi tərəfli, 75,8 faizi isə neytral olub.


Aparılmış monitorinq zamanı İTV-nin efir vaxtının artması, inkişaf dinamikası müşahidə olunub. Fondun Təhlil Qrupunun rəhbəri Sədrəddin Soltan deyir ki,


ötən ilin sentyabr ayı ilə müqayisədə tərəfli verilişlərin xüsusi çəkisi 28,7 faizdən 20,9 faizə enib, neytral verilişlərin xüsusi çəkisi isə 71,3 faizdən 79,1 faizə qədər artıb. İTV-nin Mətbuat Xidmətinin rəhbəri Tahir Məmmədov isə bildirir ki, onlar «Nəcəf Nəcəfov» Fondunun apardığı monitorrinqi obyektiv hesab edirlər. Amma rəy və faiz göstəriciləri mübahisəli olduğundan monitorinqin nəticələrini heç də tam qəbul etmirlər. Cənab Məmmədovun sözlərinə görə, monitorinqlərin aparılmasından asılı olmayaraq İTV bütün verilişlərində bitərəflik və balans prinsiplərini həmişə qoruyur.


XS
SM
MD
LG