Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:18

Keçən il 1800 əcnəbi Azərbaycanda daimi yaşama icazəsi alıb


Yanvarın 17-də Dövlət Miqrasiya Xidmətində (DMX) 2014-cü ilin yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib.

DMX-dən APA-ya verilən məlumatda qeyd olunur ki, müşavirədə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib ki,əcnəbilər üçün cəlbedici ölkəyə çevrilən Azərbaycan son illər miqrasiya baxımından mənşə ölkədən tranzit və təyinat ölkəsinə çevrilib. Ötən il 2 269 015 əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkəyə girişinin qeydə alınıb. Ölkədə qalma müddətinə müvafiq olaraq onlardan 823 620 nəfəri olduğu yer üzrə qeydiyyata alınıb.

Müraciətləri əsasında 51 366 əcnəbi və vətəndaşlığı olmayan şəxsə və onunla birlikdə immiqrasiya edən 18 yaşına çatmamış övladlarına Azərbaycanda müvəqqəti və 1 859 nəfərə daimi yaşama icazələri verilib, 755 şəxsin müvəqqəti qalma müddəti uzadılıb.

Dövlət Miqrasiya Xidməti tərəfindən hesabat dövründə 12 000 əcnəbiyə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi verilib.

XS
SM
MD
LG