Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:22

ABŞ Ali Məhkəməsi homoseksual nikahlar barədə hökm verəcək


Foto arxivdəndir.
Foto arxivdəndir.

Birləşmiş Ştatların Ali Məhkəməsi bu il bütün ştatlar boyunca homoseksual nikahların legitimləşdirilməsi məsələsinə baxacaq.

Hakimlər bildirirlər ki, onlar dörd ştat üzrə homoseksual nikah qadağanı barədə məsələyə dair birgə dinləmə keçirəcəklər.

Xəbər verilir ki, burada söhbət dörd ştatdan getsə də, çıxarılacaq hökm bütün ştatlara aid edilə bilər.

Hazırda Amerikanın 36 ştatında eyni cinsdən olanların nikahına icazə verilir.

Sözü gedən dinləmədə isə Kentaki, Miçiqan, Ohayo və Tennessi ştatlarından olan şikayətlərə baxılacaq.

Dinləmə aprel ayında keçiriləcək, məhkəmə qərarı isə iyun ayında elan olunacaq.

XS
SM
MD
LG