Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Noyabr, Cümə, Bakı vaxtı 04:11

Merkel Putini sammitə dəvət etməyəcək


Foto arxiv

Almaniyanın kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putini Böyük 7-lər ölkələrinin iyunda Bavariyada keçiriləcək sammitinə dəvət etmək fikrində deyil.

Bu barədə kansler “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, “Böyük 7-lər” və keçmiş “Böyük 8-lər” ölkələri həmişə özünə ümumi dəyərlər əsasında birləşmiş bir cəmiyyət kimi baxıb.

Amma Krımın işğalı və Ukraynanın şərqindəki hadisələr beynəlxalq qanunlar və bu ümumi dəyərləri kobud şəkildə pozub.

Kansler qeyd edib ki, nəqədər ki, bu hal davam edir, Qərbin Rusiyaya qarşı sanksiyaları dəyişməyəcək.

XS
SM
MD
LG