Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:03

Həmməruzəçi sərbəst toplaşmaqla bağlı müzakirələrin uzanmasından narahatdır


AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel, 28 may 2006
AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel, 28 may 2006
Azərbaycan hökumətilə Avropa Şurasının Venesiya Komissiyası arasında «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunla bağlı danışıqlar çox uzanır, əslində, bu cür müzakirələr belə çox çəkməməlidir. Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel «Azadlıq» radiosuna müsahibəsində deyib: «Venesiya Komissiyası ilə danışıqlarda əsas məsələ hələ qəbul olunmayıb. Mən bu danışıqların çox çəkməsindən narahatam. Əslində, qanuna edilməli olan əlavə və dəyişikliklər çox sadədir».


«Məsələn, bir hal Sakit Zahidovla bağlıdır. Biz ona qarşı çox qəribə görünən itihamlara aydınlıq gətirilməsini istəyirik. Başqa bir məsələ isə diffamasiyadır»
Sərbəst toplaşmaq azadlığına hörmət qoyulması AŞ PA-nın Azərbaycana dair bu ilin iyununda qəbul etdiyi qətnamədə irəli sürülən tövsiyələrdən biriydi. Digər tövsiyələr Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi, seçki saxtakarlıqlarının araşdırılması, media plüralizminə hörmət qoyulmasıyla bağlıdı.

AŞ PA-nın Azərbaycana dair qətnamələrinin necə yerinə yetirilməsini öyrənmək üçün həmməruzəçilər Andres Herkel və Toni Lloyd oktyabrın 29-da Bakıya gələcəklər. Dörd gün davam edəcək səfər zamanı onlar dövlət rəsmiləri, müxalifət və media nümayəndələrilə görüşəcəklər. Həmməruzəçilərin Azərbaycana dair hazırlayacaqları hesabat gələn ilin aprelində AŞ PA-nın yaz sessiyasında müzakirəyə çıxarılacaq.


Cənab Herkel deyir ki, Azərbaycanın öhdəliklərilə bağlı müsbət məqamlar da var, məsələn, ədliyyə sahəsində bəzi işlər görülür. Düzdür, bu işlərin keyfiyyəti başqa məsələdir. A.Herkelə görə, Azərbaycanla bağlı narahatlıq doğuran bir məqam media azadlığına dair son məlumatlardır: «Məsələn, bir hal Sakit Zahidovla bağlıdır. Biz ona qarşı çox qəribə görünən itihamlara aydınlıq gətirilməsini istəyirik. Başqa bir məsələ isə diffamasiyadır».


Həmməruzəçi deyir ki, diffamasiya-böhtana görə cəza Avropa siyasi mədəniyyətinə istiqamət götürmüş ölkələrin çoxunda Cinayət Məcəlləsində nəzərdə tutulmur.


AŞ PA-nın iyunun 26-da qəbul olunmuş 1505 saylı sənədində deyilirdi ki, qurumun Azərbaycana tövsiyələrinin çoxu yerinə yetirilməyib. 2008-ci il prezident seçkisinin tamamilə AŞ PA standartlarına uyğun gəlməsi üçünsə hələ də güclü siyasi iradə lazımdır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG