“Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında müzakirə edilən məsələlər qardaşlıq əlaqələrini daha gücləndirəcək”.
Bunu Azərbaycan prezidenti İlham Əliyev yanvarın 15-də Ankarada türkiyəli həmkarı Recep Tayib Erdoganla keçirdiyi mətbuat konfransında deyib.
Prezidentlərin görüşündə ikitərəfli münasibətlər,müdafiə, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlıq məsələsi, həyata keçirilən birgə layihələr müzakirə olunub.
Müdafiə sahəsində əməkdaşlığa gəldikdə İlham Əliyev bu sahədə böyük planlar olduğunu bildirib
İlham Əliyev həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT qətnamələrinin yerinə yetirilmədiyini, münaqişənin həlliylə məşğul olan ATƏT-in Minsk qrupunun bu günədək elə bir nəticə əldə edə bilmədiyini vurğulayıb.
İlham Əliyev Azərbaycanın işğal altında olan ərazilərinin azad ediləcəyini bildirib.
O bir daha münaqişənin din yolla həllinin tərəfdarı olduğunu vurğulayıb.
Azərbaycan prezidenti daha sonra Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmiryolu da daxil olmaqla həyata keçirilən birgə layihələr və qarşılıqlı sərmayələrdən danışıb.
İlham Əliyev bu layihələrin uğurla həyata keçiriləcəyini bildirib.