Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:52

İlham Əliyev Türkiyənin baş naziri ilə görüşüb


AzərTAc
AzərTAc


Türkiyədə dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşüb.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlər müzakirə olunub.

Prezidentlə baş nazir iki ölkə arasında iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq olduğunu vurğulayıb, həyata keçirilən layihələrin əhəmiyyətdən danışıblar.

Görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı müzakirə aparılıb və layihənin önəmi vurğulanıb.

Eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışılıb, münaqişnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruriliyi bildirilib.

XS
SM
MD
LG