Keçid linkləri

2025, 08 Dekabr, bazar ertəsi, Bakı vaxtı 06:36

Yaşar Kemalın vəziyyəti ağırdır


Yaşar Kemal
Yaşar Kemal

-

 

Türk ədəbiyyatının tanınmış simalarından olan Yaşar Kemal xəstəxanaya düşdü.

92 yaşlı yazıçının huşsuz vəziyyətdə İstanbul Üniversitetinin Tıbb Fakültəsi Xəstəxanasının reanimasiya şöbəsində olduğu məlumatı yayıldı.

Vəziyyəti ağır olan yazar süni tənəffüs aparatına qoşulub. 

Son 10 gündə yazıçı ürəyin aritmiyası və nəfəs çatışmazlığından əziyyət çəkirdi.

Nobel mükafatına namizəd olmuş Yaşar Kemal "İnce Memed" və başqa məşhur romanların müəllifidir. 

XS
SM
MD
LG