Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:44

İSİD 2 rusiyalının edam videosunu yayıb


Foto arxiv
Foto arxiv

İslam Dövləti Yaraqlıları rusiyalı olduqları deyilən 2 nəfərin necə öldürülməsinin videosunu yayıblar.

7 dəqiqəlik videoda onlar sorğu-sual edilir, Rusiya Federal Təhlükəsizlik Xidmətinin göstərişi ilə Suriyadakı islamçı qruplaşmaya qoşulduqlarını deyirlər.

Sonda dizi üstə çökən bu adamlar arxadan güllələnir.

Onların ikisi də rusca danışır və biri Qazaxıstandan olduğunu deyir.

Digəri isə milliyətini demir və Suriyaya gəlməzdən 8 ay əvvələdək Rusiyanın Federal Təhlükəsizlik Xidmətində çalışdığını deyir.

Rusiya həmin şəxslərin Rusiya vətəndaşı olub-olmaması barədə məlumatı olmadığını deyir.

XS
SM
MD
LG